‘Improper Motives’ Behind Azerbaijani Opposition Figure’s Trial, New TrialWatch Report Finds
This statement can be attributed to the Clooney Foundation for Justice. For further inquiries, please contact [email protected]
There are strong grounds to conclude that the trial and conviction of Azerbaijani opposition figure Tofig Yagublu on hooliganism charges was retaliation for his criticism of government policies, a report by the Clooney Foundation for Justice’s TrialWatch initiative said today.
TrialWatch also announced that it will monitor the case of opposition figure Gubad Ibadoghlu, who is currently in detention awaiting trial on counterfeiting charges, has reportedly been denied access to medical care, and whose case, like Yagublu’s, has been called retaliatory by observers.
Yagublu is a former journalist and deputy chairman of the opposition Musavat Party. As an outspoken critic of the government in Azerbaijan, he has faced criminal and administrative prosecutions for decades. The European Court of Human Rights has already condemned the authorities’ conduct as unlawful in two prior cases against Yagublu. As detailed in the TrialWatch Fairness Report, Yagublu’s 2020 hooliganism conviction likewise entailed what appears to be unlawful conduct by Azerbaijani authorities, reflecting a broader pattern of harassment of journalists and opposition party members in Azerbaijan – often on the basis of ostensibly neutral charges.
“Tofig Yagublu’s case has all the hallmarks of a politically motivated trial,” said TrialWatch Expert Darryl Brown. “The trial court ignored significant evidence that the charges were a sham and an effort to target Yagublu as a prominent opposition voice.”
TrialWatch monitors criminal trials globally against those who are most vulnerable, including journalists and democracy defenders, and advocates for the rights of the unfairly imprisoned. From August to September 2020, TrialWatch monitored Yagublu’s trial, which culminated with his conviction and sentencing to four years in prison. Yagublu was later released on parole, subject to certain conditions for the two years and six months remaining in his sentence.
Although Yagublu is now out of prison, he is still very much at risk of further harassment and has been detained on a number of occasions since he was released. He has also challenged his hooliganism conviction before the European Court. TrialWatch plans to support his application.
The prosecution alleged that Yagublu caused a car crash and then physically assaulted the two people who were in the other vehicle. He was arrested and charged with hooliganism on this basis. Yagublu and his defense said that the opposite was true: that he had been sitting in his parked car when another vehicle crashed into it, and that its occupants then proceeded to attempt to incite a confrontation. Believing that it was a set-up, Yagublu said that all he did was call the police and remain in his car until they arrived.
“The trial entailed severe fair trial violations, most notably of the defendant’s rights to presumption of innocence, to present defence evidence and confront prosecution witnesses, and to adjudication by an impartial tribunal,” said TrialWatch Expert Darryl Brown. “Azerbaijan must remedy these violations, first by setting aside Mr. Yagublu’s conviction and, going forward, by adopting reforms that demonstrate the state’s commitment to fair trial procedures that comply with fundamental requirements of international law.”
Looking forward, TrialWatch will monitor upcoming proceedings against Ibadoghlu, who was arrested on July 23 and later charged with counterfeiting money and distributing religious extremist materials. The authorities allege that they found a bag containing counterfeit money and materials promoting Turkish Islamic scholar Fethullah Gülen in an office formerly used by an NGO run by Ibadoghlu.
A range of organizations have raised concerns that the money and Gülen materials were placed there as a set-up, including because a forensic analysis of the money was ready the morning after the arrest. Ibadoghlu faces 12 years in prison and has been in pre-trial detention since his arrest on July 23. In September, the European Parliament issued a resolution on Ibadoghlu’s case, urging his immediate and unconditional release and describing the charges against him as “trumped up” and “politically motivated.” The resolution also notes that he suffers from serious health conditions requiring medical attention, and insists that “his immediate access to adequate medical treatment and medication be ensured.” Ibadoghlu’s family has relayed that his health is deteriorating and that he has yet to be provided with the necessary care and medication.
In advance of Ibadhoghlu’s trial, TrialWatch calls on the Azerbaijani authorities to stop weaponizing the law against dissenting voices and to respect international human rights guarantees and the right to a fair trial.
TrialWatch-un Yeni Hesabatına Əsasən Azərbaycanlı Müxalifət Nümayəndəsinin Məhkəməsinin Arxasında “Əsassız Motivlər” Dayanır
Bugün Kluni Ədalət Fondunun TrialWatch Təşəbbüsünün hesabatı qeyd edib ki Azərbaycanlı müxalifət nümayəndəsi Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə mühakimə edilməsi və məhkəməsi, onun hökuməti tənqidlərinə görə qisas motivli həyata keçirildiyi qənaətinə gəlmək üçün güclü əsaslar yaradır.
TrialWatch eyni zamanda, hazırda saxtakarlıq ittihamı ilə saxlanılan və məhkəməsini gözləyən, saxlandığı yerdə tibbi xidmətdən məhrum edilən digər müxalif fiqur Qubad İbadoğlunun işini də izləyəcəyini açıqlayıb. Müşahidəçilər Q. İbadoğluna qarşı qaldırılan işin Tofiq Yaqublu işində olduğu kimi qisas motivi ilə həyata keçirildiyini qeyd edib.
Tofiq Yaqublu keçmiş jurnalist və müxalif Müsavat partiyası başqanının müavinidir. Tanınmış hökumət tənqidçisi fəalı kimi o, bu illər ərzində müxtəlif cinayət və inzibati təqiblərə məruz qalıb. Avropa İnsan Hüquqları Məhkəməsi Tofiq Yaqubluya qarşı qaldırılan öncəki iki məhkəmə işi üzrə çıxardığı qərarında hakimiyyətin əməllərini qanunsuz olaraq tanımışdır. TrialWatch Fairness Hesabatında da təfərrüatlı şəkildə göstərildiyi kimi, T. Yaqublunun 2020-ci ildə xuliqanlıq maddəsi ilə məhkum edilməsi, Azərbaycan hökümətinin qanunsuzluğa yol verdiyini göstərməklə birlikdə, Azərbaycanda jurnalistlərin və müxalifət partiyaları üzvlərinin təqibini əks etdirən ümumi mənzərənin bir parçasını təşkil etmişdir. Bu təqiblər çox zaman zahirən neytral görünən ittihamlar əsasında baş vermişdir.
TrialWatch eksperti Darril Braun bildirib ki, “Tofiq Yaqublu işi siyasi motivli məhkəmə işlərinin bütün əlamətlərini özündə əks etdirir. “Məhkəmə ittihamların qondarma olduğuna və tanınmış müxalif səs Tofiq Yaqublunu hədəfə almaq cəhdi olduğuna dair əhəmiyyətli sübutlara məhəl qoymadı.”
TrialWatch ən həssas qruplara, o cümlədən jurnalistlər və demokratiya müdafiəçilərinə qarşı qaldırılan cinayət mühakimələrini izləyir və ədalətsiz məhkum edilmiş şəxslərin hüquqlarını müdafiə edir. 2020-ci ilin avqust-sentyabr aylarında TrialWatch T. Yaqublunun məhkum edilməsi və dörd il müddətinə azadlıqdan məhrum edilməsi ilə yekunlaşan məhkəməsinin monitorinqini apardı. Tofiq Yaqublu daha sonra cəza müddətinin qalan iki il altı ayı müddəti saxlanmaqla şərti azadlığa buraxıldı.
Tofiq Yaqublu hazırda azadlıqda olsa da, hələ də təqib riski altındadır, belə ki, o, azadlığa çıxandan bəri artıq müxtəlif səbəblərdən bir neçə dəfə həbs edilib. O, həmçinin xuliqanlıq ittihamı üzrə həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi göndərib. TrialWatch həmin ərizəni dəstəkləməyi planlaşdırır.
Həmin iş üzrə ittiham tərəfi iddia edirdi ki, T. Yaqublu avtomobil qəzası törədib, daha sonra isə toqquşduğu digər avtomobildə olan iki nəfərə fiziki xəsarət yetirib. O bu əsaslarla xuliqanlıq maddəsi üzrə ittiham edilərək həbs olunub. Tofiq Yaqublu və müdafiə tərəfi isə bunun əksinin doğru olduğunu, T. Yaqublunun dayanmış halda olan avtomobilində oturduğu zaman başqa bir avtomobilin ona çırpıldığını və daha sonra həmin avtomobildəkilərin qarşıdurma yaratmağa cəhd göstərdiklərini demişdi. Bunun qondarma olduğunu düşünən T. Yaqublu, dərhal polisə zəng etdiyini və onlar gələnə qədər avtomobilində qaldığını bildirmişdi.
TrialWatch eksperti Darril Braun “məhkəmənin zərərçəkənin təqsirsizlik prezumpsiyası, müdafiə tərəfinin sübutlar təqdim etmə, şahidləri dindirmə və qərəzsiz məhkəmə tərəfindən işə baxılma hüquqları da daxil olmaqla, ədalətli məhkəmə araşdırması hüquqlarını ciddi şəkildə pozduğunu” deyib. “Azərbaycan bu hüquq pozuntularını bərpa etməlidir. Bunun üçün ilk öncə, Tofiq Yaqubluya qarşı qaldırılan ittihamları ləğv etməli və daha sonra dövlətin üzərinə götürdüyü beynəlxalq hüququn fundamental tələblərindən olan ədalətli məhkəmə araşdırmasını təmin etmə öhdəliyinə sadiqliyini nümayiş etdirən islahatlar həyata keçirməlidir.”
Bundan sonra TrialWatch iyulun 23-də saxlanılan və daha sonra saxta pul hazırlamaqda və dini ekstremist materialları yaymaqda ittiham olunan Qubad İbadoğluna qarşı məhkəmə proseslərinin monitorinqini həyata keçirəcək. Rəsmilərin iddiasına əsasən, onlar əvvəllər Q. İbadoğluna məxsus QHT-nin istifadəsində olan ofisdən saxta pul və Türk İslam alimi Fətullah Gülənin təbliğatını əks etdirən materiallar olan çanta tapıblar.
Bir sıra təşkilatlar, pulların ekspertizasının həbsdən dərhal sonra, səhər hazır olması faktını əsas götürərək, həmin pulların və Gülənə aid materialların oraya qondarma şəkildə yerləşdirilə biləcəyi ilə bağlı şübhə və narahatlıqlarını dilə gətirib. Q. İbadoğlunu bu ittihamlar üzrə 12 il həbs cəzası gözləyir, belə ki, o, iyulun 23-dən bəri istintaq təcridxanasında saxlanılır. Sentyabr ayında Avropa Parlamenti Q. İbadoğlunun işi ilə bağlı qətnamə qəbul edərək, onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb və ona qarşı irəli sürülən ittihamları “qondarma” və “siyasi motivli” adlandırıb. Qətnamədə, həmçinin, onun səhhətində tibbi müdaxiləni zəruri edən narahatlıq olduğu qeyd edilir və “adekvat tibbi müalicə və dərman vasitələrinə dərhal əlçatımlılığının təmin edilməsi” təkid edilir. Qubad İbadoğlunun ailəsi onun səhhətinin getdikcə pisləşdiyini və lazımi tibbi müdaxilə və dərmanlarla hələ də təmin edilmədiyini bildirib.
Qubad İbadoğlunun məhkəməsindən öncə, TrialWatch Azərbaycan hakimiyyətini müxalif səslərə qarşı qanunu silahlandırmağı dayandırmağa və beynəlxalq insan hüquqları təminatlarına və ədalətli məhkəmə araşdırması hüququna hörmət etməyə çağırır.